nafis logo / Haqqımızda

Zavodun görünüşü Zavodun görünüşü Zavodun görünüşü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ili “Sənaye ili” elan etməsi ilə əlaqədar olaraq sənayələşmə siyasəti çərçivəsində qeyri-neftsektorunun şaxələndirilməsi, regionlarınsənaye potensialının gücləndirilməsi və sənayenin innovasiyalar əsasında inkişafının təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Belə tədbirlərdən biridə Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, dövlətin güzəştli kreditlərinin hesabına çörəkbişirmə sənayəsində ən müasir  texnologiya və avadanlıqlar tətbiq etməklə regionlarda və Bakı şəhərinin qəsəbələrində müasir çörək zavodlarının yaradılmasıdır.

Respublikanın regionları arasında ilk dəfə olaraq ən müasir avadanlıqlarla təchiz olunmuş və böyük istehsal gücünə malik olan çörək zavodu Şəmkir şəhərində inşa edilib. 15 noyabr 2014 – ci tarixdə Cənab Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan zavod 2.8 hektar ərazidə inşa edilmişdi

Dəyəri 20.5 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat və  Sənaye Nazirliyinin Sahaibkarlığa Kömək Milli Fondu tərəfindən 7.5 milyon manat güzəştli kredit verilib.

Ölkədə ən müasir texnologiyaların tətbiqinə əsaslanan belə iri çörək zavodlarının yaradılması, istehsalçıları yüksək keyfiyyətli, müxtəlif çeşiddə çörək və çörək məhsulları təmin etməyə imkan verir.

Çörək və kruasan bölmələrindən ibarət olan bu zavodda ölkəmizdə ilk dəfə Niderlandın “Daub” şirkətinin termoyağlı boru xətləri tətbiq olunub ki, bu da çörəyin daha yüksək keyfiyyətli bişirilməsini təmin edəcək. Müəssisədə 4 çörək istehsalı, qablaşdırma xətləri,xammalın daşınması və avtomatik bölgüsu sistemi olan anbar quraşdırılıb.

Zavodda ilkin olaraq 15 çörək, həmçinin müxtəlif çeşidli bulka və bulka məhsulları istehsalı nəzərdə tutulub. Gələcəkdə məhsulların növləri artırılmağı planlaşdırılır. Gündəlik layihə gücü 60 ton olan zavodda prosesi tam avtomatlaşdırılıb.

 

Sertifikatlar

Zavodun görünüşü Zavodun görünüşü Zavodun görünüşü Zavodun görünüşü Zavodun görünüşü Zavodun görünüşü Zavodun görünüşü Zavodun görünüşü Zavodun görünüşü

 

Zavod haqqında

Bildiririk ki, “Platek Pact” MMC Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktlarına əsasən yaradılmışdır. “Platek Pact” MMC-yə məxsus “Nəfis çörək” zavodu Şəmkir şəhəri, Tofiq İsmayılov küçəsi 13 ünvanında yerləşir. “Platek Pact” MMC Müdafiə Nazirliyinin keçirdiyi 2015-ci il üzrə tenderin qalibi olmuşdur və hal-hazırda Müdafiə Nazirliyi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq şəxsi heyyətin təminatı üçün çörək istehsal olunaraq hərbi hissələrə çatdırılır. Eyni zamanda digər hüquqi şəxslərlə  çörək satışı ilə bağlı müqavilələr imzalanmış həmçinin fərdi sahibkar obyektlərində sifarişə uyğun olaraq çörək satışı həyata keçirilir.

Zavodun yerləşdiyi ümumi torpaq sahəsi 2,055 ha ərazini təşkil edir. Zavodun təməli 07 mart 2014-cü il tarixində qoyulmuş, 15 noyabr 2014-cü il tarixində açılışı olmuşdur. Zavodda rəsmi olaraq 222 nəfər işçi çalışır. Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi məqsədilə çörək zavodu Almaniyanın ən son texnologiyası əsasında qurulub.

Zavodun gündəlik istehsal gücü 35 ton, illik isə 12775 tona yaxındır. Zavodda 4 çörək istehsalı xəttləri, qablaşdırma xətləri, soyutma kameraları quraşdırılıb.  Çörək xətləri MCS, BENİER, PXN, DİREM xətləridir ki, onların da dövriyyələri aşağıdakı kimidir :

  1. MCS- 3000 (ədəd/saat)
  2. PXN – 1000 (ədəd/saat)
  3. BENİER – 1500 (ədəd/saat)
  4. DRİEM – 1500 (ədəd/saat)

Zavodda 907.00 kv.m olan xammal anbar, hər birinin tutumu 30 ton olan dörd ədəd silo (unun istehsalda avtomatlaşdırılmış formada istifadəsi üçün) çənləri, hazır məhsulun saxlanması üçün sahəsi 560.00 kv.m olan hazır məhsul anbarı mövcuddur. Zavodda 11 çeşiddə çörək istehsal olunur. Çörəklər əla növ buğda unundan hazırlanır və dövlət müəssisələrinə, xəstəxanalara, uşaq bağçalarına, məktəblərə, restoranlara, istirahət mərkəzlərinə və s. çatdırılır.

Çörəklərin daşınması üçün nəzərdə tutulmuş 24 ədəd xüsusi təyinatlı avtomobillər  mövcuddur. Gələcəkdə istehsal olunan məhsul növlərinin artırılması planlaşdırılır.