Çörək və kruasan bölmələrindən ibarət olan bu zavodda ölkəmizdə ilk dəfə Niderlandın “Daub” şirkətinin termoyağlı boru xətləri tətbiq olunub ki, bu da çörəyin daha yüksək keyfiyyətli bişirilməsini təmin edəcək. Müəssisədə 4 çörək istehsalı, qablaşdırma xətləri,xammalın daşınması və avtomatik bölgüsu sistemi olan anbar quraşdırılıb.
Zavodda ilkin olaraq 15 çörək, həmçinin müxtəlif çeşidli bulka və bulka məhsulları istehsalı nəzərdə tutulub. Gələcəkdə məhsulların növləri artırılmağı planlaşdırılır. Gündəlik layihə gücü 60 ton olan zavodda prosesi tam avtomatlaşdırılıb.